Qırğızıstanda Putinə heykəl qoydular - FOTO
Ölçü:

Qırğızıstanda dağ-xizək istirahət bazasının ərazisində Rusiya prezidenti Vladimir Putinə abidə qoyulub.

Koordinat.az xəbər verir ki, bu barədə  Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, paytaxt Bişkek yaxınlığındakı "ZİL" istirahət mərkəzinin rəhbərliyi tərəfindən belə bir fövqəladə qərar Rusiya rəhbərinə minnətdarlıq və hörmət əlaməti olaraq, eyni zamanda  Rusiyanın maliyyələşdirdiyi xüsusi bir fondun xizək bazasının inkişafı üçün 1,2 milyon dollar məbləğində kredit ayırması faktı nəzərə alınaraq  qəbul edilib və əmək kollektivi tərəfindən dəstəklənib.

Bazanın direktoru Akbar Roziyev Rusiya prezidentinə abidə ucaltma qərarını izah edərkən deyib ki, o, Putini xüsusi seçilmiş  bir insan hesab edir: "Putin mənim üçün bir kişilik, əxlaq nümunəsidir. Bütün işçilərimiz  ona ən yaxşı yerdə abidə ucaltmaq fikrini dəstəklədilər.”

Roziyev məhz Qırğızıstan-Rusiya fondunun maliyyə dəstəyinin yerli turizmin, xüsusən aktiv qış istirahətini sevənlər arasında çox populyar olan xizək bazasının inkişaf etdirilməsinə imkan verdiyini vurğulayıb: "Bəli, həqiqətən, Putin böyük bir insandır".

Xatırladılır ki, Qırğızıstandakı 4446 metr yüksəklikdəki dağ zirvəsinə Rusiya prezidentinin adı verilib.

24.12.2019 13:56:00
Oxuma sayı: 143