Bakıdakı silahlı insident - 2 yaralı var
Ölçü:

Səhiyyə Nazirliyi Bakıda silahlı insident zamanı yaralanan şəxslərin durumu ilə bağlı məlumat yayıb.

Nazirlikdən Koordinat.az-a verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb. 22 dekabr saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

23.12.2019 10:25:00
Oxuma sayı: 166