Deputatdan əmək məhsuldarlığı və maaşla bağlı təklif
Ölçü:


“Azərbaycanın iqtisadi rəqabət qabilliyyətini artırmaq və xarici bazarlarda müqayisəli üstünlüyə nail olmaq üçün ölkədə əmək məhsuldarlığının xeyli artırılmasına ehtiyac var”.

Koordinat.az
-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Tahir Mirkişili deyib. Onun sözlərinə görə, nəzərə alsaq ki, bizim rəqiblərimiz artıq inkişaf etmiş ölkələrdir, onda bu sahədə ciddi irəliləyişin əldə edilməsi çox vacibdir.

“Bu məqsədlə ayrıca əmək məhsuldarılığı və əmək haqqı bağlılığını özündə ehtiva edən dövlət proqramının qəbul eilməsi ölkədə iqtisadi inkişafı daha da sürətləndirə bilər. Ölkədə yaradılmış iri təsərrüfatlarda əldə edilmiş yüksək məhsudarlıq buna sübutdur”-deyə T.Mirkişili bildirib.

15.03.2019 15:44:00
Oxuma sayı: 277