66,4 milyard manat valyuta ehtiyatımız var
Ölçü:


Azərbaycanın strateji valyuta ehtiyatları 66,4 milyard manat təşkil edib.

Koordinat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov noyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları on ayda 16,8 faiz artaraq 10.5 milyard manata çatıb.

 

 
01.11.2023 14:17:00
Oxuma sayı: 3135