Fransadan Novruz Məmmədova təbrik gəldi  
Ölçü:



Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası Novruz Məmmədovunun baş nazir təyinatı ilə bağlı açıqlama yayıb.

Koordinat.az
-a verilən açıqlamada deyilir :

- Azərbaycanın Baş naziri vəzifəsinə Novruz Məmmədovun təyinatı gözəl xəbər oldu.

Novruz Məmmədov Fransanın mühüm dostudur, fransız dili üzrə mütəxəssisdir və bununla yanaşı 2003-cü ildən bu yana Azərbaycan Dillər Universitetində leksikologiya və metedologiya kafedrasının müdiri vəzifəsini daşıyır.  1998-ci ildə Jak Şirak tərəfindən Şərəf Legionu Ordeni ilə təltif edilib. 1997-ci ildən bugünə qədər Prezident İlham Əliyevin sadiq tərəfdaşı, beynəlxalq münasibətlərinin nəzəri və praktiki bilicisi olan belə bir şəxsin təyinatı xüsusilə Azərbaycan və Fransa-Azərbaycan münasibətləri üçün müsbətdir.

Cənab Məmmədov tərəfindən də daim böyük diqqətlə izlənən Assosiasiyamız dərin hörmətlə ona səmimi təbriklərini bildirir və yeni vəzifəsində ona davamlı uğurlar arzu edir.

Jan-Fransua MANSEL

Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti

Parlementin Fəxri üzvü

Vitse-prezidentlər:

Jean-Pierre ALLALI
Hedva SER
Pierre THILLOY

 İdarə Heyətinin üzvləri:

Jérôme BEGUIN
Guy CHEVALIER  
Rachida DATI                                             
Mirvari FATALIYEVA
Patrick GENDRAUD                     
Michel GOURINCHAS
Jean-Pierre GUINHUT                                
Robert HOSSEIN
Alain HOUPERT     
Thierry MARIANI
Christian PONCELET                                
Jean PERRIN
Danielle ROUSSEAU
Benoît SADRY
Jean-Marie TETART                                   
André VILLIERS    
24.04.2018 16:45:41
Oxuma sayı: 805