Qarabağda 30 minə yaxın mina xəbərdarlığı nişanları qoyulacaq
Ölçü:

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı tədbirlərin əhatə dairəsi genişləndiriləcək. Bunun üçün işçi heyətlərinin artırılması, minalanmış ərazilər üçün xəbərdarlıq nişanlarının hazırlanması sahəsində ixtisaslaşmış şirkətlərlə əməkdaşlıq nəzərdə tutulur. 

Koordinat.az xəbər verir ki, Minatəmizləmə Agentliyi nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı açıq tender də elan edib. Elanda işğaldan azad edilmiş ərazilərdə partlamamış hərbi sursatlarla çirkləndirilmiş sahələrdə mina işarələri, dəmir bayraqcıq, maşa və lövhələrin satın alınması nəzərdə tutulub. Təkcə bu tender əsasında mina təhlükəsi ilə bağlı xəbərdaredici nişan lövhələri - 15 min 563 ədəd dəmir bayraqcıq, mina təhlükəsinə dair Azərbaycan, rus və ingilis dillərində 11 min 500 ədəd xəbərdaredici lövhə, işarəsi lar hazırlanmalıdır.

Tenderin nəticələri mayın 6-da açıqlanacaq. İddiaçı şirkətlər öz təkliflərini həmin günədək Minatəmizləmə Agentliyinə təqdim etməlidir. 
15.04.2024 09:38:00
Oxuma sayı: 578