Erməni general Paşinyanın silahlanma qərarını pislədi
Ölçü:

"Ermənistan baş naziri ilə çoxdandır ki, müzakirələr aparılmır, ondan sadəcə tələb edirlər".

Koordinat.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan bildirib. O, Paşinyanın son mətbuat konfransında sdöylədiyi fikirləri şərh edərkən deyib ki, onun bəzi bəyanatları müharibədə qalib gəlmiş Azərbaycanın irəli sürdüyü tələblərin yerinə yetirilməsinə xidmət edir. 

Karapetyan həmçinin Qərbin dəstəyi ilə Ermənistanın silahlandırılmasının İrəvanın maraqlarına uyğun olmadığını da söyləyib. Onun fikrincə, rəsmi İrəvanın bahalı Qərb silahlarını almaq istəyinin arxasında Ermənistanın təhlükəsizliyinin qorunmasından çox Paşinyanın öz hakimiyyətinin ömrünü uzadır: "Silahlanmaq əvəzinə ordunu bacarıqla idarə etmək lazım idi. Biz Azərbaycanda 5 milyardlıq silah qoyub getdik. O, hələ də danışıqlar aparmaqdan danışır, halbuki onlar uzun müddət onunla danışıqlar aparmırlar, ancaq tələb edirlər”.
18.03.2024 11:59:25
Oxuma sayı: 813