Tanınmış bəstəkar Tahir Əkbər vəfat etdi
Ölçü:


Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər dünyasını dəyişib.

Koordinat.az xəbər verir ki, bu barədə tanınmış şairə Zemfira Əlişqızı özünün "Facebook" səhifəsində məlumat yayıb. Bildirilir ki, 72 yaşlı bəstəkar uzun müddət idi ki, beyin insultundan əziyyət çəkirdi. Mərhum sabah Yasamal qəbiristanlığında dəfn olunacaq.
 
Xatırladaq ki, mərhum bəstəkar 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvüdür. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.
02.03.2018 21:53:00
Oxuma sayı: 687