Ermənistan parlamentində prezident seçkisi başlayıb
Ölçü:


Cümə günü Ermənistan parlamentində ölkə prezidenti seçkilərində səsvermə başlanıb.

Koordinat.az xəbər verir ki, bu barədə “RİA Novosti”  məlumat yayıb. Bildirilir ki, yeganə namizəd – Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim Ermənistan Respublikası Partiyası tərəfindən irəli sürülüb. Səsvermədə 105 deputatın iştirakı gözlənilir. Prezident seçilmək üçün deputatlardan dörddə üçünün və ya 79-nun səsi lazımdır.

Səsvermənin nəticələri bu gün açıqlanacaq.
02.03.2018 12:01:11
Oxuma sayı: 644