Lavrov Bakıya səfərində nələri müzakirə edəcək?
“Gələn həftənin əvvəlində İrəvan və Bakıya səfər etməyi düşünürəm”.
Koordinat.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a açıqlamasında deyib.
O bildirib ki, gündəliyə hər iki ölkə ilə ayrılıqda ikitərəfli əlaqələrin müzakirəsi daxildir: “Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu müzakirə edəcəyik”.
Xatırladaq ki, S. Lavrov noyabrın 20-də Bakıya səfər edəcək.
14.11.2017 16:13:00
Oxuma sayı: 1074