Əmanətlərin tam sığortalanması aprelin 5-dək uzadılır
Ölçü:

Əmanətlərin tam sığortalanmasının müddəti uzadılır.

Koordinat.az
xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib.

Layihəyə əsasən, qanunun müddətinin gələn il aprelin 5-dək uzadılması təklif olunur.
11.12.2020 12:58:00
Oxuma sayı: 12993