Ermənista ordusunun 42 milyon dollara aldığınız hava müdafiə sistemi xarab çıxıb
Ölçü:

“Dağlıq Qarabağda müharibə zamanı Ermənistanın əvvəlki hakimiyyətinin 42 milyon dollara aldığı hava hucumundan müdafiə sistemi olan REB sistemi işləmədi”.

Koordinat.az
bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq prezident Koçaryanın onu hava hucumlarına qarşı dura bilməməklə bağlı ittihamlarını cavablandırarkən deyib: “Səma bağlı idi, cənablar. 2017-ci ildə erməni ordusu üçün 42 milyon dollara aldığınız sistem işləmədi. Bu sövdələşmənin həmmüəllifi guya sensasiyalı bəyanat verib deyir ki, ona bunun əvəzində SU-30 almaq üçün “otkat” təklif etsələr də imtina edib və həmin sistemi alıb. Bəs bu işləməyən sistemi necə aldınız?. 2,5 il ərzində biz nə bacardıqsa aldıq. Əsgər yeməyini, ayaqqabı, avtomat, patron,təyyarə - son 20 il ərzində alınmalı olan şeyləri almalı olduq. Niyə bunu 18-20 il ərzində etməmişdiniz? Bəs ada, villa, xaricdə evləri necə ala bildiniz, İsveçrə banklarında pulları necə qoya bildiniz?”.

05.12.2020 14:37:00
Oxuma sayı: 238