3 seçki məntəqəsi hələ də hesabatları MSK-ya göndərməyib
Mərkəzi Seçki Komissiyasına seçki hesabatlarını tam verməyən dairələrin adları açıqlanıb.
Koordinat.az xəbər verir ki, bu barədə MSK özünün rəsmi saytında məlumat yayıb. Bildirilir ki, parlament seçkilərinin yekunu haqqında 3 seçki məntəqəsindən Komissiyaya hesabat təqdim olunmayıb. Bu məntəqələr 123 saylı Kəlbəcər seçki dairəsinin 1, 111 saylı Zaqatala-Balakən seçki dairəsinin isə 2 seçki məntəqəsi MSK-ya hesabatı təqdim etməyib.
Ümumilikdə, 125 seçki dairəsi üzrə 5 573 məntəqədən MSK-ya 5 570 hesabat daxil olub.
Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri fevral ayının 9-da keçirilib.

13.02.2020 09:48:00
Oxuma sayı: 125