Azərbaycan yağ idxalını 5 faiz azaldıb
Ölçü:


Bu ilin yanvar-aprel aylarında Azərbaycan 20,588 milyon dollar dəyərində 4,115 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Koordinat.az
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 5,184 milyon dollar (20,1 faiz), həcm baxımından isə 206 ton (4,8 faiz) azdır.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,45 faizini təşkil edib.

20.05.2019 18:26:00
Oxuma sayı: 263