Kürdəmirdə zəlzələ baş verdi
Ölçü:



Kürdəmir rayonunda 3,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Koordinat.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yeraltı təkanlar yerli vaxtla saat 17:31:23-də Kürdəmir stansiyasından 10 kilometr şimal-qərbdə qeydə alınıb.

Ocağı 48 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
21.01.2019 19:43:00
Oxuma sayı: 201