Magistraturaya ixtisas seçimi başa çatır
Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a verilən məlumata görə, 1256 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib. İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
Müsabiqəyə yalnız 13 iyul saat 23:59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
13.07.2023 10:30:00
Oxuma sayı: 608