Almaniya Ukraynaya qanadlı raketlər verməkdən imtina edib
Ölçü:


Almaniya Ukraynaya “Taurus” qanadlı raketləri verməkdən imtina edib.

Koordinat.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib: “Əgər bunu ayrı-ayrı tərəfdaşlar edirsə, bu, onların suveren qərarıdır. Biz mövqeyimizi dəyişmək niyyətində deyilik”.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts “Taurus” uzaqmənzilli qanadlı raketlərinin Ukraynaya mümkün tədarükü ilə bağlı sualı cavablandırarkən bildirib ki, Berlin Rusiya ərazisinə zərbə endirmək üçün istifadə oluna biləcək silahları ötürmək istəmir.

"Spiegel" və "Frankfurter Allgemeine Sonntagszeitung" qəzetləri Ukraynanın Almaniyadan 500 km mənzilli uzaqmənzilli "Taurus" raketləri tələb etdiyini yazıb.
12.07.2023 12:41:00
Oxuma sayı: 597