İlin sonunadək Qarabağ və Şərqi Zəngəzura 12 milyard manat xərclənəcək
Ölçü:


"Azad edilmiş bölgələrdə biz hər şeyi planlı şəkildə edirik və ən yüksək standartlar orada tətbiq edilir".

Koordinat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib: “Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura  təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik”.

Dövlət başçısı əlavə edib ki, iki məktəb istisna olmaqla, bütün infrastruktur, inşaat işləri Azərbaycan büdcəsi hesabına həyata keçirilir və Azərbaycan dövlət şirkətləri tərəfindən reallaşdırılır.
12.07.2023 09:54:00
Oxuma sayı: 632