Cəbrayılın Şükürbəyli kəndinin bərpasına başlanır
Ölçü:

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri üzrə növbəti tenderə yekun vurub.

Koordinat.az
xəbər verir ki, tenderin nəticələrinə əsasən, Cəbrayıl rayonunda 1042 ailə üçün yaşayış binalarının tikintisini “Konsept Holdong” MMC həyata keçirəcək. Müqavilədə Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcüd dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri nəzərdə tutulur. Bunun üçün icraçı şirkətə 720 min 300 manat ödəniləcək.

Qeyd edək ki, “Konsept Holding” MMC bundan əvvəl Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 4 iri məbləğli tenderini udub. Belə ki, həmin şirkət Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 4 nömrəli yaşayış binasının tikintisi

Bunlar aşağıdakılardır:
1. Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 4 nömrəli yaşayış binasının tikintisi
2.Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 4 mərtəbəli 24 mənzilli 4 nömrəli binanın tikintisi
3. Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi
4. Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 42 nömrəli yaşayış binasının tikintisi.
10.07.2023 12:49:00
Oxuma sayı: 619