Putin Rusiyadakı xarici şirkətləri milliləşdirmək istəyir
Ölçü:


Rusiya prezidenti Vladimir Putin Qərb şirkətlərinin aktivlərinin milliləşdirilməsinə hazırlaşır. O, ötən həftə bununla bağlı sərəncam da verib.

Koordinat.az xəbər verir ki, bu barədə sərəncamla tanış olan “Financial Times” yazır.

“Vladimir Putin dövlətə Qərb şirkətlərinin aktivlərini ciddi endirimlə geri almaq hüququ verən qanun layihəsinin hazırlanmasına dair gizli tapşırıq verib. Gələcəkdə bu cür aktivlər mənfəətlə yenidən satıla bilər. Bundan başqa, Kreml Qərbin sanksiyalarına cavab vermək, Rusiyanın aktivlərini ələ keçirən ölkələrdəki şirkətləri cəzalandırmaq niyyətindədir. Bunun üçün iqtisadi blok milliləşdirmə məsələsini müzakirə edir”, – nəşr qeyd edir.

Putin həmçinin Rusiyada Qərb aktivlərini əldə edən bütün özəl şirkətlərin heç bir xarici səhmdarının olmamasını da tələb edir.

Bütün bunlar əcnəbilərin Rusiyanı tərk etmələrini daha da çətinləşdirməlidir. Onlar öz aktivlərini endirimlə satmalı və büdcəyə kompensasiya ödəməlidirlər. İndi xarici investisiyalar üzrə hökumət komissiyasının razılığı olmadan saziş bağlana bilməz. Satış qiyməti bazar qiymətindən ən azı yarısından aşağı olmalı, real dəyərin daha 5 və ya 10 faizini dövlətə verilməlidir.

Prezidentin mətbuat katibi Dmitri Peskov “Financial Times”a müsahibəsində Qərb sərmayədarları və şirkətlərinin Rusiyada çox xoş qarşılandığını deyib. Lakin qeyd edib ki, bəziləri maaşları verməyi dayandırıb və ya ölkəni böyük itki ilə tərk ediblər: “Əgər şirkət öz öhdəliklərini yerinə yetirmirsə, təbii ki, o, “pislər” kateqoriyasına düşür. Biz belələri ilə vidalaşırıq. Bundan sonra onların aktivləri ilə nə ediriksə, bizim işimizdir”.
15.06.2023 13:18:00
Oxuma sayı: 1281