Bayramovla Mirzoyanın Vaşinqton görüşü niyə təxirə salınıb?
Ölçü:


Azərbaycan və Ermənistan XİN başçıları arasında iyunun 12-nə planlaşdırılan görüşün təxirə salınması səbəbi açıqlanıb.

Koordinat.az
xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller nazirlərin görüşünün təxirə salınmasının tərəflərin qrafiklərindəki problemlərlə bağlı olduğunu deyib: “Təəssüf ki, bu görüş qrafikdəki problemlər səbəbindən baş tutmayıb. Biz səbirsizliklə onun keçirilməsini gözləyirik”.

Xatırladaq ki, Ermənistan rəsmiləri iyunun 12-nə təyin olunan görüşün Azərbaycan tərəfinin istəyilə təxirə salındığını bildiriblər. Bir çox erməni politoloqlar isə görüşün Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri səbəbindən təxirə salındığını düşünürlər.
14.06.2023 17:00:00
Oxuma sayı: 1254