Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Ölçü:


Azərbaycan və Türkiyə prezidentləri təkbətək və geniş tərkibdə bir araya gəldikdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.

Koordinat.az
xəbər verir ki, prezident İlham Əliyev bu gün Bakıda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev  mətbuata bəyanatında deyib: "Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır".

Dövlətimizin başçısı deyib ki, bölgənin inkişafı, sabitliyi və güvənliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi faktoru çox önəmlidir.

13.06.2023 14:50:00
Oxuma sayı: 1279