Ermənistan Bakıda keçiriləcək dünya çempionatında iştirakdan imtina edib
Ölçü:


Ermənistan şahmatçıları Bakıda keçiriləcək Şahmat üzrə dünya çempionatında iştirak etməyəcək.

Koordinat.az
bildirir ki, bunu NEWS.am-a müsahibəsində Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan deyib.

İyulun 30-dan avqustun 24-dək Bakıda Şahmat üzrə Dünya Çempionatı keçiriləcək.

“Bakıda keçiriləcək dünya çempionatına qatılmayacağıq. Qərar verilib, qrossmeysterlər Bakıya getməyəcək”, – deyə Smbat Lputyan bildirib.

13.06.2023 11:42:00
Oxuma sayı: 1263