Prezident: "Azərbaycanda dözümlülük həyat tərzidir"
Koordinat.az xəbər verir ki, bunu prezident İlham Əliyev VI Qlobal Bakı Forumundakı çıxışında deyib. Dövlət başçısı bildirib ki, tədbirdə iştirak etmək üçün 50-dən çox ölkədən nümayəndə Azərbaycana gəlib: “500-dən artıq qonağımız var. Onların arasında 47 ölkənin hazırkı dövlət və hökumət başçıları, siyasətçilər, tanınmış alimlər, ziyalılar, həmçinin vətəndaş cəmiyyətinin fəalları var. Əminəm ki, bu tədbir çərçivəsində biz beynəlxalq münasibətlərin gündəliyinin ən vacib məsələlərini müzakirə edəcəyik. Bilirəm ki, biz təhlükəsizliyi, sabitliyi bütün dünyada təmin etmək üçün tövsiyələr irəli sürəcəyik. Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlər əməkdaşlığa xidmət edir, boşluqları aradan qaldırmağa zəmin yaradır”.
“Məqsədimiz sabitliyin, təhlükəsizliyin xalqlar arasında qarşılıqlı birgə yaşamanın gücləndirilməsinə yönəlib. Azərbaycanda dözümlülük həyat tərzidir”, - dövlət başçısı əlavə edib.
15.03.2018 10:52:29
Oxuma sayı: 648