Paşinyandan daha bir etiraf: "Ağrıdağın Türkiyə ərazisi olması faktdır"
Koordinat.az "News Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib: "Uşaqlarla görüşəndə müxtəlif mövzularda danışırıq. Ermənistan Respublikasında ən hündür dağ hansıdır deyə soruşanda uşaqların ən azı yarısı və ya daha çoxu belə cavab verir: “Ararat”. Gəlin buna digər tərəfdən baxaq. Türkiyədə deyirlər, gözləyin, bu, Türkiyənin beynəlxalq səviyyədə tanınan ərazisindədir. Məncə bu bir faktdır. Ermənistanda uşaqlar bu məlumatı necə öyrənirlər – məktəbdə, yəni hökumətin həyata keçirdiyi təhsil siyasəti nəticəsində?
Deyirlər ki, yaxşı, əgər bu uşaqlar indi Ermənistanda ən yüksək dağın Araqats deyil, Ararat olduğunu deyirlərsə, bu, Ermənistan Respublikasının Türkiyəyə qarşı ərazi iddialarının olması deməkdirmi? Əgər İrəvanın Ankaraya qarşı ərazi iddiaları varsa, o zaman biz nə üçün Ermənistan Respublikasının hər hansı formada inkişafına dəstək olmalı və bunu təşviq etməliyik?
İndi sual olunur: Ermənistanın ən hündür dağı hansıdır? Bu isə Ermənistan Respublikasına inkişaf imkanı verəcək siyasətdir. Ermənistanın ən hündür dağı Araqatsdır və bu faktdır", - deyə Paşinyan fikrini yekunlaşdırıb.
22.05.2023 17:53:00
Oxuma sayı: 1470