Ermənistanın tanıdığı ərazilərə anklavlar da daxildir
Ölçü:


Ermənistanın tanıdığı 86.6 min kvadrat kilometr Azərbaycan ərazisinə anklavlar da daxildir.

Koordinat.az
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib: "Həmin  86.6 min kvadrat kilometr əraziyə anklavlar daxildir. Bu, siyasi mövqedir və məsələnin hüquqi hissəsinin müzakirəsinə ehtiyac var".

Paşinyan, Ermənistan və Azərbaycan ərazilərinin tanınmasına paket şəklində baxılmasını təklif edib: "Anklavlara gəlincə, burada bir neçə variant var və ya heç nə dəyişməyəcək, ya da sülh müqaviləsi imzalanandan sonra ərazi mübadiləsi baş verəcək".
22.05.2023 15:39:00
Oxuma sayı: 1475