Paşinyan Lavrova cavab verdi
Ölçü:


“ABŞ və Avropa İttifaqının hakimiyyət orqanları Rusiyanı Ermənistandan sıxışdırmır”.

Koordinat.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında deyib. Paşinyanın sözlərinə görə, Ermənistan hakimiyyəti ikitərəfli münasibətlərin inkişafı ilə bağlı siqnallar ala bilər, lakin Rusiyanın regiondan sıxışdırılmasından söhbət getmir: “Qərbdən Rusiyanı Ermənistandan sıxışdırmaqla bağlı siqnallara gəlincə, biz heç vaxt belə siqnallar almamışıq və hesab etmirəm ki, belə siqnallar ola bilər”.

Baş nazir qeyd edib ki, İrəvanla Moskva arasında münasibətlər həmişə çox şəffaf şəkildə müzakirə olunur və buna görə də “qaranlıq bəndlər” yoxdur.

Bu açıqlama ilə Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatını şərh edib. Lavrov bildirmişdi ki, ABŞ hakimiyyəti Ermənistana Rusiya bazasını və sərhədçilərini ölkə ərazisində yerləşdirməkdən imtina etməyi tövsiyə edib və bunun müqabilində təhlükəsizliyi təmin edəcəyinə söz verib.

 Lavrov belə bəyanatların təxribat olduğunu və diplomatiyaya sığmadığını bəyan edib.
22.05.2023 13:56:00
Oxuma sayı: 1423