Paşinyan da kommunikasiyaların açılmasına razıdır
Ölçü:


Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi tərəflərin suverenliyi və legitimliyi prinsiplərinə əsaslanaraq regionda mümkün qədər tez kommunikasiyaların açılmasına hazırdır.

Koordinat.az
xəbər verir ki, bu barədə Nikol Paşinyan hökumətin iclasında bildirib.

"Vurğulamalıyam ki, Brüsseldə dəmir yolunun blokunun açılması ilə bağlı müsbət fikir var. Amma keçmiş təcrübəni nəzərə alaraq hələlik detalı dəqiqləşdirməyəcəyəm. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan artıq Moskvaya gedib və orada sabah azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək", - baş nazir deyib.


18.05.2023 14:47:00
Oxuma sayı: 1377