Paşinyan Rusiya ilə münasibətlərin korlanmasından qorxdu
Ölçü:


“Ermənistan Laçın dəhlizinin açılması zərurəti ilə bağlı Rusiya ilə ultimatum dili ilə danışmaq fikrində deyil”.

Koordinat.az
xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib: “Düşünmürəm ki, biz tərəfdaşlarımızla ultimatum dili ilə danışmalıyıq. Bu məsələ ilə bağlı deməli olduğumuz hər şeyi biz dəfələrlə bəyan etmişik və əlavə ediləcək heç nə yoxdur”.

Baş nazir qeyd edib ki, Rusiya sülhməramlı kontingenti Laçın dəhlizinin fəaliyyətini təmin etməlidir.
10.01.2023 13:14:00
Oxuma sayı: 854