ABŞ Ukraynaya silahları xüsusi şərtlə verir
Ölçü:

Ukraynaya yeni silahların təhvil verilməsi Qərbin Rusiya kimi tanıdığı ərazilərə zərbə endirməməsi şərtinə bağlıdır.

Koordinat.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Andreas Klut “Bloomberg”dəki köşə yazısında bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün xarici silahlardan istifadə edə bilməz. Çünki bu, genişmiqyaslı münaqişəyə gətirib çıxara bilər.

“Rusiyanın nüvə doktrinasına görə, ölkə ərazisinə zərbə Kremlin qırmızı xəttini keçmək deməkdir”, – köşə yazarı bildirib.

Qeyd edək ki, sonuncu dəfə bugünlərdə ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan edib.

09.01.2023 13:03:00
Oxuma sayı: 808