Vardanyan Qarabağda ərzaq talonları tətbiq etməyə hazırlaşır
Ölçü:

Qarabağın “dövlət naziri” Ruben Vardanyan yanvarın 8-də əhaliyə müraciət edərək ərzaq kuponlarının tətbiqinə hazırlıq barədə məlumat verib.

Koordinat.az
xəbər verir ki, o, bəzi imkanlı şəxsləri də bu ağır günlərdə Qarabağı tərk etməkdə ittiham edib. Vardanyan ad çəkmədən qeyd edib ki, Qarabağ əhalisinin 90%-i vəziyyəti sakitliklə qəbul edir,  “lakin bir neçə yolverilməz insident” var.

Vardanyan bildirib ki, bəzilərı benzini çörəyə dəyişir, halbuki benzin təcili yardım maşınlarına lazım olduğundan ümumi fonda verilməlidir. O, daha sonra mağaza sahiblərini qohum və tanışlarına mal paylamaqda ittiham edib.

“Biz hamımız eyni gəmidəyik və hər şeyi paylaşmalıyıq” o deyib və əlavə edib ki, bazar ertəsi qida talonlarının tətbiqi ilə baglı iclas keçirəcək.

Bu gün Qarabağın “Təhlükəsiszlik Xidməti” əhaliyə müraciət edərək rayonda ərzaq və digər malların qıtlığı ilə bağlı sosial şəbəkələrdə məlumatları dərc etməməyə çağırıb.

Eyni zamanda, Qarabagın  məktəblərində dərslərin dayandırıldığı bildirilir.
09.01.2023 12:32:00
Oxuma sayı: 830