ABŞ Putinin Ukraynada birtərəfli atəşkəs elanına inanmır
Ölçü:


Rusiya Prezidenti Vladimir Putin dünən müdafiə naziri, ordu generalı Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib. ABŞ isə Putinin Milad Bayramında müvəqqəti atəşkəs elan etmək çağırışını Rusiyanın Ukraynaya yeni hücum üçün “arsız hiylə” adlandırıb.

Koordinat.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın sözlərinə görə, əgər Rusiya sülhə, müharibəyə son qoymağa ciddi yanaşsaydı, qoşunlarını Ukraynanın suveren ərazisindən çıxarardı. O, deyib ki, Rusiyanın birtərəfli atəşkəs rejimi tətbiq etməsi yeni hücumlar üçün qüvvə toplamaq məqsədi daşıyır.

N.Prays xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken bir neçə həftə əvvəl Rusiyanın yenidən silahlanmaq, qruplaşmaq və hücuma keçmək üçün fasilədən istifadə edəcəyini proqnozlaşdırmışdı: “Biz əminik ki, Rusiyanın hazırkı bəyanatını atəşkəs kimi qiymətləndirmək olmaz. Bunu daha şiddətli, daha ölümcül yeni hücum üçün edirlər”.

Prays gündəlik brifinqdə jurnalistlər qarşısında çıxışında açıq şəkildə bildirib ki, Vaşinqton Putinin səmimiliyinə inanmır.
06.01.2023 14:39:00
Oxuma sayı: 874