Rusiya ABŞ casusuna 3 illik yaşamaq icazəsi verdi
Ölçü:


Rusiya mediasının yaydığı xəbərə görə, ABŞ-dan qaçaq düşmüş casusa Rusiyada daimi oturmaq icazəsi verilib.

Koordinat.az
xəbər verir ki, Edvard Snoudenin vəkili Anatoli Kuçerenaya istinadən yazırlar ki, onun müştərisinin Rusiyada qalmasına icazə daha üç il müddətinə uzadıllıb.
Bildirilir ki, Snoudenin vizası aprel ayında bitmişdi, amma onu koronavirus pandemiyasına görə uzatmışdılar. Vəkil əlavə edib ki, Snouden hazırda Rusiya vətəndaşlığına görə müraciət etməyi düşünmür.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş casusu Snoudenə qarşı ABŞ-da cinayət işi qaldırılıb. O ABŞ-a aid 1.5 milyon məxfi sənədin faş olunmasında ittiham edilir. Əgər ABŞ-da təqsirli bilinərsə, onu 30 ilədək həbsxana cəzası gözləyə bilər.

Snouden Rusiyada 2013-cü ildən bəri yaşayır. O Rusiyaya ABŞ-a aid məxfi sənədləri yaydıqdan sonra gəlib.

ABŞ prezidenti Donald Tramp avqust ayında demişdi ki, Snoudeni bağışlaya bilər. Onun özü isə Fransa prezidenti Emmanuel Makrona müraciət edərək ondan sığınacaq istəyib. Snouden 2013-cü ildən bəri Fransa və bir neçə başqa ölkədə sığınacaq ala bilmir.

23.10.2020 12:34:00
Oxuma sayı: 185