Qarabağda döyüşən keçmiş erməni deputat məhv edlib
Ölçü:

Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan Dağlıq Qarabağ münaqişə zonasında davam edən döyüşlər zamanı ölüb.

Koordinat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə siyasətçinin qızı sosial şəbəkədə bildirib.

Xatırladaq ki, D.Matevosyan 1995-99-cu illərdə deputat olub. 2008-ci il prezident seçkilərində Levon Ter-Petrosyanın seçki kampaniyasına rəhbərlik edib. Seçkilərdən onra baş vermiş iğtişaşlarla əlaqədar 3 il müddətinə azadlıqdan məhrum edilib.

23.10.2020 11:37:00
Oxuma sayı: 163