Azərbaycan ordusu Qırmızı Bazarda mülki əhaliyə atəş açmayıb
Ölçü:

Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur.

Koordinat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır. Tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

23.10.2020 10:47:00
Oxuma sayı: 122