London küçələrində “Qarabağ Azərbaycandır” şüarı yazılmış avtomobillər - FOTO
Ölçü:

London küçələrində üzərində “Qarabağ Azərbaycandır” şüarı yazılmış avtomobillər dolaşır. İşğal olunmuş torpaqlarımızı azad etmək üçün Qarabağda döyüş əməliyyatlarının başlamasına dünya azərbaycanlıları və türklər dəstək nümayiş etdirirlər.

Koordinat.az
xəbər verir ki, İngiltərədə yaşayan azərbaycanlılar üzərinə “Qarabağ Azərbaycandır” şüarı yazılmış avtomobillə Londonun küçələrini dolaşıblar.

Avtomobillə dövlət orqanlarının qarşısından keçən azərbaycanlılar yoldan keçən şəxslərə Ermənistan tərəfinin mülki şəxslərə edilən hücumları ilə bağlı məlumatlar veriblər. Həmyerlilərimiz bildiriblər ki, Azərbaycanın haqq səsini dünyaya çatdıracaqlar.
21.10.2020 17:45:00
Oxuma sayı: 337