Ermənistanın daha 3 PUA-sı məhv edildi
Ölçü:


Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a bildiriblər ki, PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1-i isə Tərtər istiqamətində vurulub.

21.10.2020 16:38:00
Oxuma sayı: 159