Koçaryan, Qukasyan və Saakyan Qarabağda görüşdülər - FOTO
Ölçü:


Separatçıların üç keçmiş lideri - Robert Koçaryan, Arkadi Qukasyan və Bako Saakyan Qarabağda görüş keçiriblər.

Koordinat.az
Ermənistan mətbuatına istinadən bildirir ki, görüşün fotoşəkli sosial şəbəkələrdə Koçaryan tərəfdarlarının səhifəsində yerləşdirilib. Fotodan da görünür ki, cəbhə xəttində yaranmış gərgin vəziyyəti müzakirə edən Qarabağ separatçılarının liderləri arasında hazırkı “president” Araik Arutyunyan yoxdur. Bu, Paşinyan qruplaşmasının  hazırkı separatçı iqtidarı və Qarabağ səhra komandirlərinin klanı arasında dərin və qarşısıalınmaz ziddiyyətlərdən xəbər verir.

Robert Koçaryan Qarabağa oğlu Levon Koçaryanla birlikdə döyüş əməliyyatları başlanandan sonra gəlib. Paşinyan tərəfdarlarının fikrincə, Koçaryan döyüş gərginliyinin yaratdığı yeni vəziyyətdən yararlanmağa və bundan öz maraqları üçün istifadə etməyə çalışır.
30.09.2020 22:43:00
Oxuma sayı: 123