Mirşahin qardaşının həbsi barədə: "Qohumluq əlaqələrimizin məsələyə aidiyyatı yoxdur”
Ölçü:


Bir sıra Azərbaycan kütləvi informasiya vasitələri məşhur telejurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin həbsi barədə məlumat yayıb.

Koordinat.az
xəbər verir ki,  Mirşahin Ağayev virtualaz.org-a müsahibəsində qardaşının həbsi məsələsinə münasibət bildirib. O qeyd edib ki, Mirəddin Ağayevin saxlanılması xəbərini KİV-dən öyrənib: “Əgər qardaşım doğrudan da cinayət törədibsə, qanunun tələbinə uyğun cəza çəkməlidir. Azərbaycan qanunları qarşısında hamımız bərabərik. Qohumluq əlaqələrimizin məsələyə heç bir aidiyyatı yoxdur”.

Mirşahin Ağayev həmçinin əlavə edib ki, qardaşının həbsi ilə bağlı heç kimə xahişlə müraciət etmək fikrində deyil.

19.05.2017 14:12:06
Oxuma sayı: 189