Türkiyədə əməliyyat: 12 nəfər saxlanıldı
Ölçü:



Türkiyənin Çankırı vilayətində İŞİD terror təşkilatına qarşı növbəti polis əməliyyatı keçirilib.

Koordinat.az
xəbər verir ki, əməliyyat zamanı 12 nəfər saxlanılıb.

Saxlanan şəxslər arasında bir müddət əvvəl zərərsizləşdirilmiş İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadinin fərdi aşpazı da var.

Bütün saxlananların İraq vətəndaşı olduğu deyilir. Digər təfərrüatlar barədə məlumat verilməyib.
01.11.2019 19:33:00
Oxuma sayı: 167