Şagirdlərin yerdəyişməsi elektronlaşdırılır
Ölçü:


Ümumtəhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır.

Bəs, yeni qayda təhsil sahəsinin inkişafı üçün nə vəd edir?

Koordinat.az
-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov bildirib ki, yeni qayda təhsil ocaqlarında korrupsiya və özbaşınalıq hallarının qarşısını alacaq: “Hazırda ölkədə 4472 orta məktəbdə 1.6 milyon şagird təhsil alır. İl ərzində müəyyən səbəblərə görə şagirdlər məktəbini dəyişməyə məcbur olur. Bu proses baş verəndə bəzi məktəb direktorları qanunsuz tələblər irəli sürürlər. Artıq 2019-cu ilin 1 sentyabr tarixindən etibarən  şagird yerdəyişməsi elektronlaşdırılır. Yəni, ölkənin ümumtəhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron qaydada həyata keçiriləcək. Yeni qayda bəzi məktəb direktorlarının “bazar”ını bağlayacaq. Onların “yer yoxdur” deyib, sonradan nəyinsə qarşılığında şagirdi qəbuletmə dövrü bitdi”.

Kamran Əsədov bildirib ki, yeni qayda  X-XI sinifə qədər Bakıda, sonradan hazırlığa getmək üçün adını rayon, məcburi köçkün məktəblərinə yazdıranların da qarşısını alacaq: “Təhsil sistemində elektron xidmətin tətbiq edilməsi çox müsbət addımdır. Təhsil sistemində bütün işlər və  proseslər elektron qaydada həyata keçirilməlidir ki, kənar-subyektiv müdaxilə minimuma ensin. Dərs bölgüsünün də  Nazirlik tərəfindən elektron qaydaya keçirilməsi zəruridir. Təhsil sahəsində direktor imici menecer keçidinə keçilməlidir. Yəni, direktor sadəcə idarəedici roluna sahiblənməlidir. Ümumilikdə həyata keçirilən son islahatların və tədbirlərin təhsilin əlçatımlılığı və inkişafına  mühüm təsir edəcəyi gözləniləndir”.

Qeyd edək ki, Təhsil Nazirliyinin məlumatına görə, bu istiqamətdə görülən işlərlə əlaqədar avqustun 1-dək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.
27.06.2019 10:39:00
Oxuma sayı: 473