Türkiyə "S-400" raketlərini alsa, sanksiyalarla üzləşəcək
Ölçü:


Türkiyə “S-400” Rusiya zenit raket komplekslərini əldə edərsə, onda ona qarşı sanksiyalar daxil ediləcək.

Koordinat.az xəbər verir ki, bu haqda Amerika senatorlar qrupunun “Nyu York Tayms” üçün qələmə aldığı məqaləsində deyilir: “İlin sonuna Türkiyə ya “F-35” qırıcıları, ya da “S-400” hava hücumuna qarşı müdafiə üzrə Rusiya sistemlərinə malik olacaq”.

Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçimi dünyada onun ölkəsinin yeri, həmçinin ABŞ-la münasibətləri və NATO-dakı mövqeləri üçün ciddi nəticələrə səbəb olacaq: “Əgər prezident Ərdoğan bu seçimi etməzsə və “S-400”-ləri alarsa, onda Türkiyəyə qarşı ABŞ qanunvericiliyinə uyğun olaraq sanksiyalar tətbiq ediləcək”.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putinlə görüşən Ərdoğan “S-400” məsələsinin artıq bitdiyini bəyan edib.

Aprelin 3-də isə ABŞ-ın vitse-prezident Maykl Pens Türkiyəni NATO və “S-400” arasında seçim etməyə çağırıb.

10.04.2019 09:45:00
Oxuma sayı: 252