Paşinyan Qarabağ erməniləri ilə bağlı xüsisi göstəriş verib
Ölçü:

Ermənistan Baş naziri Nikol Paşinyan son günlərdə fəallaşan separatçılarla bağlı sərt göstəriş verib.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti məlumat yayıb. Nəşr yazır ki, Qarabağ erməniləri və ya separatçıların ötən həftə İrəvanda keçirdikləri mitinq Paşinyanı qəzəbləndirib: “Paşinyan bundan sonra müavini Tiqran Xaçaturyanla sərt söhbət aparıb, ona nəyin bahasına olur-olsun, Qarabağ ermənilərinin ağızlarını bağlamağı əmr edib”.

Ermənistan baş naziri müavininə göstəriş verib ki, separatçılıq meyllərindən əl çəkməyən Qarabağ erməniləri ilə məcburi görüşlər keçirsin, onları sakitləşdirsin.

Nikol Paşinyan keçmiş separatçı qurumu “mühacir hökumət” adlandıran Samvel Şahramanyana da sərt etirazını bildirib. Belə bir “hökumət” tanımadığını deyən baş nazir separatçını sayğısızlıqda ittiham edib.

Xatırladaq ki, Ermənistanda gizli fəaliyyət göstərən separatçı "Artsax Respublikası" adlı qondarma qurum ötən il sentyabrın 19-da Azərbaycan ordusunun həyata keçirdiyi birgünlük antiterror tədbirlərindən sonra ləğv edilib. Bundan sonra Ermənistana üz tutan separatçılar “rejim”i bərpa etməyə çalışırlar. Antiterror tədbirləri zamanı qorxuya düşən separatçıların qondarma rejimin buraxılmasını elan edərək Ermənistana qaçmasından sonra yenidən dirçəlmək istəyi son vaxtlar Paşinyan hakimiyyətini də ciddi narahat etməyə başlayıb. Xüsusilə qondarma rejimin sonuncu "lideri" Samvel Şahramanyanın Fransa mətbuatına müsahibəsində səsləndirdiyi fikirlər Paşinyanı əndişələndirib. O, Şahramanyanın Fransa mətbuatı vasitəsilə yayımlanan sayıqlamalarının Ermənistanın təhlükəsizliyinə ciddi problemlər yaradacağından narahatdır.
29.03.2024 13:47:00
Oxuma sayı: 696