Paşinyan Qazaxla həmsərhəd bölgəyə gedib
Ölçü:

Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə səfər edib.

Koordinat.az
xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb. Bildirilir ki, Paşinyan Qazax rayonu ilə həmsərhəd olan regiona səfəri çərçivəsində Əskipara, Bağanis və digər kəndlərdə yaşayan sakinlərlə görüşlər keçirir.

Qeyd edək ki, Paşinyan sonuncu mətbuat konfransı zamanı bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq. O, mətbuat konfransında Tavuşa gedəcəyini və vəziyyəti yerində öyrənəcəyini də qeyd etmişdi.
18.03.2024 12:36:00
Oxuma sayı: 787