Laçına və Zabuxa növbəti köç
Koordinat.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə (65 nəfər), Laçın rayonunun Zabux kəndinə isə 2 ailə (4 nəfər) köçürülüb. Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 16 ailə (48 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb.
Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarında məskunlaşmış 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.
30.04.2024 09:47:00
Oxuma sayı: 686