Kleptomaniyanın səbəbləri və qarşısınn alınması üsulları
Ölçü:


Kleptomaniya fərdlərin ehtiyacı olmayan əşyaları oğurlanmasına səbəb olan güclü bir istəkdir və normal oğurluq halları ilə qarışdırılmamalıdır. Onlarda oğurluq həvəsi o qədər güclü həddə yüksəlir ki,  onun qarşısını almaq olmur. Hətta onlar  öz ailəsi, qohumları  və dostlarının mənzilindən də oğurluq edirlər.

Koordinat.az
xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib: “Kleptomaniyanın simptomları lazım olmayan şeyləri oğurlamaq üçün qarşısıalınmaz  istək, çətinlik və nəticədə oğurluq çağırışlarına nəzarət edə bilməmək, öz istəyini yerinə yetirərkən həzz almaq, məmnunluq və istirahət,  sonradan özünə qəzəblənmək peşmançılıq, günahkarlıq hissi, utanmaq, əməlinə  görə tutulma qorxusuu,  bütün bunlara  baxmayaraq yenidən oğurluq etmək istəyinin baş qaldırmasıdır”

Fəlsəfə doktoru deyib ki, kleptomaniyanın səbəbləri tam bilinməsə də, onun ortaya çıxmasında bir çox fərqli faktorun təsiri olduğu güman edilir: “Kleptomaniyaya səbəb olan  amillərdən biri də beyində neyrotransmitter adlanan maddələrdən biri olan serotonin səviyyəsindəki balanssızlıqdır. Serotonin çatışmazlığı fərdlərin daha da depressiyaya düşməsinə  səbəb olur. İmpuls nəzarət pozuntusu  olanlarda  serotonin səviyyəsinin normadan aşağı olduğu müşahidə edilir. Onun səbəblərindən biri də hərəkət zamanı  yaşanan həyəcan nəticəsində ifraz olunan dopamindir.  Dopaminin sərbəst buraxılması, oğurluq prosesi zamanı insanların razı qalmasına səbəb olur. Dopaminin sərbəst buraxılması asılılıq yaradır və fərdlərin davamlı olaraq oğurluq hərəkəti etmək istəməsinə səbəb olur”.

Kleptomaniya psixoterapiya və dərman müalicəsi  ilə müalicə oluna bilən psixoloji  xəstəlikdir. Müalicə üçün istifadə olunan dərmanlar adətən serotonin səviyyəsini tənzimləyən və sinir sisteminin  müntəzəm işləməsinə kömək edir.

Qeyd edək ki, kleptomaniya impuls pozğunluğudur. Həmin pozuntudan əziyyət çəkənlərin alçaldılması və ittiham olunması müalicədən imtinaya  səbəb ola bilər. Müalicə olunmadıqda  bir çox maddi, mənəvi və psixoloji problemlərə səbəb olur. Onlara ittihamedici və təhqiredici münasibətlə yanaşmaq əvəzinə müalicə almağa təşviq etmək daha düzgündür. 
07.06.2023 14:00:00
Oxuma sayı: 5609