Bakıda "Raquf Orucov kuboku" uğrunda cüdo turniri keçiriləcək
Ölçü:



Aprelin 30-da Bakı İdman Sarayında polkovnik-leytenant Raquf Orucov və torpaqlarımızın azadlğı uğrunda şəhid olmuş bütün igid oğulların xatirəsinə həsr olunmuş beynəlxalq cüdo turniri keçiriləcək.

Koordinat.az xəbər verir ki, bu barədə "Raguf Orujov Cup" Təşkilat Komitəsi məlumat yayıb. Bildirilir ki, şəhid ailələri və rəsmi qonaqların iştirakı ilə keçiriləcək tədbir üç mərhələdən ibarətdir. Günün birinci yarısı komandalara arasında seçmə mərhələlərinə həsr olunacaq. Bundan sonra beynəlxalq turnirin rəsmi açılış mərasimi keçiriləcək. Üçüncü mərhələdə yarışda fərqlənmiş komandalar arasında final görüşləri və mükafatlandırma mərasimindən sora turnirə yekun vurulacaq. 
26.04.2024 15:36:00
Oxuma sayı: 1045