Nəsimi gəncləri peşə ixtisasları təliminə cəlb olunub
Ölçü:


Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk peşəmiz” layihəsi çərçivəsində növbəti tədbirini Binəqədi "Gənclər Evində" təşkil edib.

Koordinat.az
xəbər verir ki, layihənin məqsədi gənclərə peşəyönümü sənət öyrətməklə maarifləndirici sosial dəstək vermək, onların gələcək karyerası üçün bacarıq və vərdişlərinin formalaşmasına, sənətə yiyələnməsinə yardımçı olmaq, yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatının ödənilməsi üçün kadrların hazırlanması işinə töhvə verməkdir.

Layihə çərçivəsində Bakı şəhərinin Nəsimi rayonu üzrə 20 nəfər gəncin iştirakı ilə tədbir keçirilib, iştirakçı gənclərə sertifikatlar təqdim olunub. Tədbir zamani təlimçi gənclər pəşə yönümlü sənətlər haqqında məlumatlandırıb və əsasən aşbazlıq, bərbərlik və dərzilik peşələrini haqqında informasiyalar verilib.

Tədbirdə Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi Elnur Məmmədov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Rustəm Abdullayev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin nümayəndəsi Cavid Suleymanov iştirak ediblər.
05.12.2017 17:14:00
Oxuma sayı: 1009