Təhsil naziri kim olacaq: Ceyhun Bayramov, Məleykə Abbaszadə, yoxsa...?
Ölçü:


Prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edərək vergilər naziri təyin edib. Təhsil Nazirliyində rəhbərlik vəzifəsi üçün yer hələlik boş qalıb.

Koordinat.az xəbər verir ki, prezidentin bu gün vergilər naziri Fazil Məmmədovu işdən azad etməsi, təhsil nazirini isə vergilər naziri postuna təyin edilməsi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Ən çox müzakirə olunan məsələ isə təhsil naziri postuna kimin təyin ediləcəyi ilə bağlıdır. Təhsil naziri postuna namizədlər arasında iki nəfərin - hazırkı nazir müavini Ceyhun Bayramovun və Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin adı daha çox çəkilir. Amma bunlar da hələ ki, sadəcə söz-söhbət səviyyəsində olan versiyalardır. Hələlik isə bəlli olan odur ki, Azərbaycanın təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası təhsil nazirinin müavini Ceyhun Bayramova tapşırılıb.

Əksər müşahidəçilər belə hesab edirlər ki, adətən, Azərbaycanda yeni vəzifələrə təyinat almış nazir və ya icra başçılarının əvvəlki vəzifələrin onların müavinləri təyin olunur. Azərbaycan təcrübəsində tez-tez rast gəlinən belə təyinatlarla bağlı onlarca nümunə saymaq olar. Bu baxımdan yeni təhsil naziri postuna da elə Ceyhun Bayramovun təyin ediləcəyi gözləniləndir.

Sosial şəbəkələrdə yeni təhsil naziri postuna ən ideal namizəd kimi Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin adı çəkilir. Bildirilir ki, Məleykə Abbaszadə cəmiyyətdə kifayət qədər hörmətə sahibdir, təhsilin inkişafında roluna görə böyük rəğbət qazanıb. Onun 2013-cü ildən bu günədək təhsil naziri vəzifəsində çalışan və bu gün vergilər naziri təyin olunan Mikayıl Cabbarovla qarşılıqlı əməkdaşlıq şəraitində təhsil sisteminin idarə olunması sahəsindəki problemlərin bir çoxunun həllində xüsusi rol oynasdığı da xüsusi qed edilir. Belə ki, Təhsil Nazirliyi ilə keçmi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında təhsilin idarəçiliyində, medaqoji kadr seçimində şəffaflıq, biliyin qiymətləndirilməsi və digər prinsipial məsələlərdə ortaq mövqe nümayiş etdirməsi də nailiyyətlər sırasındadır.

Bütün bunlar  boş qalan təhsil naziri postuna ən ideal namizəd kimi Məleykə Abbaszadə adı daha çox çəkilir. Hətta təhsil sistemində ciddi struktur dəyişikliklərinin olacağı, Təhsil Nazirliyinin DİM-lə birləşəcəyi və yenidən formalaşdırılan nazirliyə Məleykə Abbaszadənin rəhbər təyin olunacağını söyləyənlər də az deyil.
05.12.2017 20:42:00
Oxuma sayı: 17027