Hacı Məmmədov dəfn olundu
Ölçü:


Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dəfn edilib.

Koordinat.az xəbər verir ki, bu barədə Hacı Məmmədovun hüquqlarını müdafiə edən vəkil Afət Qazıyeva bildirib. Vəkil deyib ki, Hacı Məmmədovun meyiti dekabrın 5-də səhər saatlarında ailəsinə təhvil verilib və o, ailə üzvlərinin iştirakı ilə dəfn edilib.

Meyitin harada dəfn edilməsi isə H.Məmmədovun ailə üzvləri tərəfindən gizli saxlanılır.

Qeyd edək ki, dekabrın 3-də H.Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.

05.12.2017 12:32:00
Oxuma sayı: 740